Beren Saat yenidən tamaşaçı qarşısına çıxacaq

Türkiyənin məşhur aktrisası Beren Saat yenidən tamaşaçı qarşısına çıxacaq. SİA xarici mətbuata istinadən xəbər verir ki, sənətçi “Netflix” platforması ilə yeni razılığa gəlib. O, qış aylarında yeni bir layihə ilə sözügedən platformada olacağını söyləyib.

Qeyd edək ki, tezliklə Kıvanç Tatlıtuğla Beren Saatın “Last Call For İstanbul” filmi də təqdim olunacaq.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə