"Survivor 2023"ün final tarixi MƏLUM OLDU

"Survivor 2023"ün final tarixi məlum olub . SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Survivor 2023 məşhurlar-könüllülər" addım-addım finala doğru gedirlər. Böyük azarkeş kütləsi olan Survivor 2023 yarışmasının final tarixi bəlli olub. Biletlərin qiymətləri də açıqlanıb.

Bazar ertəsi, iyunun 12-də keçiriləcək müsabiqənin yarımfinalları TV8 ekranlarında yayımlanacaq. "Survivor"un finalı İstanbul Beşiktaşdakı Kuruçeşme Open Air-də keçiriləcək. Tamaşaçıları ekrana bağlayacaq Survivor final bileti onlayn satılacaq. Biletlərin qiyməti 160-400 TL (13-32 AZN) arasında dəyişir.

Bütün xəbərlər Facebook səhifəmizdə