Məşhur sima ailəsi üçün siqaret və alkoqolu atdı

Reper Ciqan həyat yoldaşı Oksana Samoilova ilə mübahisəsinin səbəbinin siqaret və alkoqoldan asılılığı olduğunu etiraf edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, sənətçi bunları deyib “Davalarımızın əsas səbəbi bu idi. Bütün bunlar uşaqlarla bağlıdır”.

O, uşaqların sərxoş ataya baxmasının nə qədər sağlam olmadığını anladığını da qeyd edib. Eyni zamanda, Ciqan dördüncü aydır ki, sağlam həyat tərzi sürdüyünü söyləyib. Onun sağlam həyat tərzinin vacibliyini anladığını və səhvlərini bildiyini eşitmək çox xoşdur.

Qeyd edək ki, cütlüyün 4 övladı var.

Bütün xəbərlər Facebook səhifəmizdə