50 yaşlı aktrisa və model Defne Samyeli sosial mediada paylaşdığı son fotosu ilə gündəm yaradıb. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, 1991-ci ildə qatıldığı gözəllik yarışmasında üçüncü olan Defne bu dəfə idman zalında ayna qarşısında çəkdiyi fotosunu paylaşıb. Əzələli bədənini nümayiş etdirən ulduz bununla gənc qızlara meydan oxuyub.
Aktrisa müsahibələrində dəfələrlə bildirib ki, formada qalmaq üçün idmanla məşğul olur, eyni zamanda hər gün üz yoqası edir.
Bütün xəbərlər Facebook səhifəmizdə