Afranın paylaşımı izləyicilərini güldürüb - FOTO

Xəbər verdiyimiz kimi, “Qalatasaray” Türkiyə Super Liqasında 2022/23 mövsümünün 36-cı turunda səfərdə “Ankaragücü”yə qalib gəlməklə (4:1) çempionluğunu rəsmiləşdirib. SİA xəbər verir ki, klubun tərəfdarları bu qalibiyyəti təntənəli şəkildə qeyd etsə də, buna üzülənlər də olub. Onlar arasında fanatik “Fənərbağça” azarkeşi olan "Yalı Çapkını" serialının baş rol ifaçısı Afra Saraçoğlu da var.

O, oynadığı serialdan oğlunun ölümündən pərişan olan Gülgünü canlandıran Gözde Kansunun fotosunu yayımlayaraq "Təbriklər" sözünü qeyd edib. Onun bu yanaşması instaqramda izləyicilərini güldürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə