Nailə İslamzadə itkilərindən yazdı

İnsanların, xüsusən də yaxınların dünyasını dəyişməsi necə də ağrıdır... Çox ağırdır... Təəssüf ki, yer üzündə hər birimizin bunu yaşaması qaçılmazdır... SİA xəbər verir ki, bu sözləri əməkdar artist Nailə İslamzadə sosial mediada yazıb. O, izləyicilərini həyatı doya-doya yaşamağa səsləyib: "Nə vaxtsa belə olur və biz kimisə həmişəlik itiririk. Həyat belədir. Yeganə sual budur ki, bu nə vaxt baş verə bilər, istədiyimiz hər şeyi deməyə vaxtımız olacaqmı... Odur ki, həyatın qədrini bilək, insanları incitməyək, hər gün bu dünya üçün yaxşı bir şey edək! Hər şey bir anda alt-üst ola bilər, sonrakı peşmançılıq fayda vermir!", - aparıcı instaqramda 2010-cu ilə aid paylaşdığı kadrlarda qeyd edib.

Məlumat üçün bildirək ki, Nailə İslamzadənin qardaşlarının üçü xərçəng xəstəliyindən vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə