Türkiyənin məşhur rok qrupu Bakıya gəlir

Türkiyənin sevilən və son dönəmlərdə çıxışları ilə adından söz etdirən məşhur alternativ rok qrupu Dolu Kadehi Ters Tut ilk dəfə Bakıda səhnə alacaq. SİA xəbər verir ki, konsert “Events World”-un təşkilatçılığı ilə baş tutacaq.

“Madem“, “Yapma N`olursun“, “Gitme“, “Biraz Delisin“ və digər ifaları ilə sevilən rok qrupu fərqli musiqi performansı ilə Bakıda unudulmaz və çılğın rok gecəsi yaşadacaq!

Bakıda ilk dəfə keçiriləcək unudulmaz konsertə Elektra Events Hall ev sahibliyi edəcək.

Tədbir 16 iyun saat 20:00-da baş tutacaq.

Konsert üçün biletləri Iticket.az saytından və şəhərin kassalarından əldə edə bilərsiniz.

Qeyd edək ki, iyun ayının 5-dək “MADEM20” promokodu ilə bütün biletləri 20 faiz endirimlə ala bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə