Nazilə Səfərli bəzi şəxsləri belə ələ saldı

Şairə Nazilə Səfərli özünü müğənni prodüseri kimi təqdim edən şəxsləri ələ salıb. SİA xəbər verir ki, bu haqda o, sosial şəbəkə hesabında paylaşım edib.

Səfərli ironiya ilə özünə prodüser axtardığını deyib: “İstəyirəm, paltarlarımı seçib məni biabır eləsin, hara getsəm, orada pulla tutulmuş fanatlarım ağlayıb, özlərini məndən ötrü öldürsünlər, “ lezvalasınlar". Prodüser müğənnilikdən daha yüksək vəzifədir, ay tupoylar, bunu anlayın!

Kimin pulu, bacarığı varsa, müğənniyə pul buraxır, konsertlərini təşkil edir. Özü də qazanır, müğənni də. Yoxsa müğənninin dalına düşüb onun çantasını daşımır, prodüserlik saxta konsertə bambılı-bambılı fanatları başına toplamaq deyil. Bayquşlar!”

İzləyiciləri şairənin kimə söz atdığını öyrənmək istəsə də, o, oxu atıb yayı gizlədib. N.Səfərli sözü kimə atdığını deməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə