Necə deyərlər, “öz cəzandır, cək”...

Bu arada “Gecə Snayperləri” qrupunun rəhbəri Diana Arbeninanın iyunun 12-də Krasnodarda keçirilməsi planlaşdırılan konserti heç bir izahat verilmədən ləğv edilib.

Qeyd edək ki, bir müddət bundan əvvəl onun Pyatiqorskda təşkil olunacaq konserti də ləğv edilmişdi. Səbəb isə ifaçının müharibə əleyhinə nəsə danışması olub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Krasnodardakı konsertin ləğvi konsert məkanının nümayəndələri tərəfindən təsdiqlənib, lakin niyəsini onlar hələ ki, açıqlamayıblar.

Onu da qeyd edək ki, bir gün əvvəl qrupun konsert direktoru Aleksandra Roerix Arbeninanın bel zədəsi sağaldığı üçün onun Krasnodar, Rostov, Nalçik, Moskva və Volqoqradda gözlənilən konsertlərinin baş tutacağını bildirmişdi.

Yeri gəlmişkən, aprel ayında Rusiya Federasiyası Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin rəhbəri Vitali Borodin sənətçi barədə donos əldə etdiyini əsas gətirərək, Arbeninanı silahlı qüvvələrin “diskreditasiyası” ilə bağlı inzibati maddə ilə yoxlanmasını istəyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə