Türkiyəli müğənninin səsi batdı

Müğənni Ege Nişantaşıdakı ticarət mərkəzindən çıxarkən obyektivlərə tuş gəlib. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, mətbuat mənsubları ilə qısa söhbət edən müğənni 6 fevral zəlzələsindən sonra səsinin itdiyini və müalicə aldığını açıqlayıb.

Həkim qəbulu olduğunu və yerindəcə sualları cavablandırdığını deyən Ege fevralın 6-da baş verən Kahramanmaraş mərkəzli zəlzələ fəlakətlərindən sonra böyük travma keçirdiyini və səsinin boğuq olduğunu açıqlayıb. Vaxtaşırı olaraq həkimə getdiyini və səs terapiyası aldığını dilə gətirən Ege zəlzələdə yaxın dostlarını itirmənin kədərindən belində və boynunda problemlərin olduğunu da söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə