Aygün Kazımovanın daha bir oxşarı tapıldı - FOTO

İtaliyada yaşayan tanınmış bloger Günay Həsənova bu dəfə Xalq artisti Aygün Kazımovanın obrazını canlandırıb. SİA xəbər verir ki, o, artistin "Şəklimi çək" mahnısına çəkilmiş klipdəki məhşur obrazını yaradıb. Bunun üçün qrim və kosmetik məhsullardan istifadə edib. Eyni zamanda parik taxıb. İzləyiciləri Günayın bu bənzərliyi yarada bilmək bacarıqlarına heyran qaldıqlarını vurğulayıblar.

Məlumat üçün bildirək ki, Günay Həsənova ixtisasca dizayner. İnstaqram və TikTok kimi sosial şəbəkələrdə isə o, çəkdiyi bu kimi videoları paylaşmaqla məşhurlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə