Məşhur cütlük gecə-gündüz birlikdə gəzirlər - FOTOLAR

Yeni barışan Şon Mendes və Kamila Kabello gecə-gündüz birlikdə gəzirlər. SİA xarici mətbuata istinadən xəbər verir ki, gah əyləncədə, gah alış-verişdə, gah da restorana gedərkən paparatsiyaların obyektivinə tuş gələn cütlük xoşbəxt görüntü sərgiləyiblər.

Qeyd edək ki, müğənnilər 2019-cu ildən sevgi münasibəti yaşayırdı. Onlar 2021-ci ilin noyabrında ayrılıblar.

Kamila ayrılıqdan sonra biznesmen Ostin Kevişlə eşq yaşayırdı, Şonun adı isə 51 yaşlı həkim Coselayn Mirando ilə hallanırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə