İbrahim Tatlısəs nəvəsini niyə məhkəməyə verdi? - FOTO

İbrahim Tatlısəs bir müddətdir danışmadığı oğlu Əhməd Tatlısəsin oğlu Mərd Tatlısəsi məhkəməyə verib. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi 5 ildir Sarıyer Oyak Sitesindəki mənzilində onun razılığı olmadan yaşayan nəvəsi Mert Tatlısəsdən məhkəməyə şikayət edib.

Tatlısəsin vəkili Yağız Karadenizli İstanbul Asliye Məhkəməsində iddia qaldırıb.

“Müştəri səhhətinə qovuşduqdan sonra İzmirdə məskunlaşıb. Bu prosesdə o, bu daşınmaz əmlakın nəvəsi Mert Tatlısəsin zəbt etdiyindən xəbərsiz olub. O, qızı Dilan Çıtak Tatlısəsin bu evdə yaşamasını istəyirdi. Lakin evdə Mert Tatlısəsin olduğunu öyrənib”, - iddiada qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə