Noa Kirelin açıqlaması qalmaqala səbəb oldu

İsraili bu il Avroviziya mahnı müsabiqəsində uğurla təmsil edən Noa Kirelin Polşa ilə bağlı açıqlaması qalmaqala səbəb olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, sənətçinin Polşa münsiflər heyəti tərəfindən 12 xal aldıqdan sonra “Demək olar ki, bütün ailəm Holokostda öldürüldükdən sonra Polşadan 12 xal almaq əsl qələbədir”,- deməsi ölkədə sərt reaksiyalarla üzləşib.

Hətta ölkənin xarici işlər nazirinin müavini Pavel Yablonski məsələyə münasibət bildirib.

O, sözlərinə belə davam edib: “Nuanın niyə belə düşündüyünü anlamaq və bunun bizim üçün nə üçün ağrılı olduğunu izah etmək üçün sizi Polşaya dəvət edəcəyik”.

Bütün xəbərlər Facebook səhifəmizdə