Məşhur aktrisa təyyarəyə buraxılmadı

Nuri Bilge Ceylanın "Quru otlar üstünə" adlı filminin təqdimat mərasimində iştirak üçün Kann Kino Festivalına gedən aktrisa Merve Dizdar geri dönərkən Türkiyə Hava Yollarının təyyarəsinə buraxılmayıb. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə sənətçi sosial mediada məlumat yayıb. Türkiyə Hava Yollarından şikayət edən aktrisa bildirib ki, 24 saat qeydiyyatdan keçməyə çalışıb.

"Çəkilişə çatmaq üçün Kann Festivalından çıxıb ayrılıb 2 saat əvvəl hava limanına gəldim. 24 saat ərzində qeydiyyatdan keçməyə çalışsam da, təyyarə "overbooked" (həddən artıq sifariş) olduğundan təyyarəyə buraxılmadım. Daha 4 nəfər bu vəziyyətdədir. Türkiyə Hava Yolları bunu necə açıqlayırsınız", - aktrisa üsyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə