"Amazon"un qurucusu, məşhur milyarder Ceff Bezos 127 metrlik Koru yaxtasında sevgilisi Lauren Sançesin heykəlini ucaldıb. SİA "Daily Mail"ə istinadən xəbər verir ki, hazırda İspaniyanın Mayorka adasında dincələn cütlüyün qaldığı yaxta diqqət çəkib. Buna səbəb sadəcə yaxtanın dodaq uçuqladan qiyməti deyil, burnuna ağacdan cilalanmış qadın heykəlinin qoyulması olub. Məlum olub ki, təsvir edilən qadın heykəli 53 yaşlı Lauren Sançesin əksidir.
Beş il ərzində tikilən Koru yaxtası dünyada ən hündür hesab olunur və dəyəri 500 milyon dollardır. Gəmi üç böyük dirəklə təchiz olunub və yelkənlərin kinetik enerjisindən istifadə edərək üzə bilir: bu texnologiya yelkəni tək idarə etməyə imkan verir.
"Münasibətdəki məqsədlər: elə yaşamaq lazımdır ki, kişi sizin heykəlinizi yarım milyardlıq yaxtasının burnuna vursun. Ceff Bezosun sevgilisi Lauren Sançes buna müvəffəq olub", - sosial mediada izləyicilər yazıb.
Xatırladaq ki, Ceff Bezos və Lauren Sançesin münasibətləri mediaya 2019-cu ildə məlum olub. Onda Sançes hələ Patrik Uaytsell ilə evli idi. Bezos isə 25 illik evliliyindən sonra həyat yoldaşı Makkenzi Skottdan yenicə ayrılmışdı. Bir müddət sonra Sançes də boşanmaq üçün məhkəməyə müraciət etdi. Ondan bəri məşhur cütlük sevgilidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB