Şahzadənin ədəbsiz zarafatları NƏLƏRƏ SƏBƏB OLDU? - FOTO

Şahzadə Diananın Yunanıstanın sonuncu kralı II Konstantinə yazdığı açıqcalar onun ikiqat zarafatlara olan həvəsini üzə çıxarıb. SİA xəbər verir ki, bu barədə "Metro" məlumat yayıb .

Şahzadə Diananın imzası olan bir neçə qeyri-adi açıqca may ayında hərraca çıxarılıb. Bu, onların sahibi, Yunanıstanın sonuncu kralı II Konstantin ilin əvvəlində vəfat etdikdən sonra baş verib.

Açıqcaların məzmunu açıq, ədəbsiz zarafat və eyhamlardan ibarət idi. Hər iki açıqca mayın 17-də 7000 funta (təxminən 14,753 mana) satılıb.

Bir sıra açıqcalar 1987-ci ildə "GirlsTalk" tərəfindən buraxılıb. Onlarında hər birində qeyri-müəyyən başlıqlar, açıq-saçıq geyimli qadın və kişi əks olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə