Aktyor Doğukan Polat tamaşaçılarla vidalaşıb

Türkiyənin Star kanalında yayımlanan “Yalı çapkını”nın dünənki bölümü sosial şəbəkələrin gündəmini zəbt edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, sezon finalına hazırlanan ekran işinin 33-cü seriyasında Fuad obrazına həyat verən aktyor Doğukan Polat tamaşaçılarla vidalaşıb.

Ssenariyə əsasən, ailənin böyük oğlu və gəlini Asuman ( aktrisa öznür Serçeler) qəza keçirir. Xəstəxanaya aparılan Fuadı xilas etmək mümkün olmayır və ailə, qardaşı Ferit ( aktyor Mert Ramazan Demir) bundan dərin kədər yaşayır.

Baş qəhrəmanın xəstəxanada həkimlə dialoqu, yaşadığı duyğular sosial şəbəkələrdə paylaşılaraq Mertin aktyorluğu yüksək qiymətləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə