Mayın 16-da Fransada 76-cı Kann kinofestivalına start verildi ki, bu da təkcə mükəmməl kinonun təntənəsi deyil, həm də yüksək səviyyəli tədbirlərin keçirilməsini vəd edir. Məsələn, film nümayişinin açılışında Hollivudun əsas piratı Conni Deppin sənayeyə çoxdan gözlənilən qayıdışı baş verdi. Amber Herdlə qalmaqallı şəkildə boşanma prosesindən sonra o, reklam müqavilələrini, rejissorların etibarını itirdi. Lakin aktyor sübut etdi ki, ən səs-küylü və ən dağıdıcı qalmaqala belə qalib gələ bilər. Məhz onun baş rolda oynadığı film Kann Film Festivalının açılışını etdi. Deppin XV Lüdovik rolunu canlandırdığı “Sevimli” filminin nümayişindən sonra tamaşaçılar aktyoru yeddi dəqiqə ayaqda alqışladılar və belə səmimi qarşılanmadan təsirlənən Conninin özü də göz yaşlarını saxlaya bilməyib. SİA xarici mediaya istinadən xəbər verir ki, mayın 17-də isə Kann Film Festivalının ikinci günü baş tutub. Dünən Fransa sahillərində bir neçə film - "Canavar", "Anselm", "Heyvanlar krallığı" və Pedro Almodovarın "Qəribə həyat yolu" qısametrajlı filmi təqdim olunub.
Bir çox kino ulduzu qırmızı xalıya çıxıb poza versə də, Kannın ikinci gününün əsas ulduzları “Qəribə həyat yolu” qısametrajlı filminin çəkiliş heyətinin kişiləri olub. Kann kinofestivalının qonaqları səhər saatlarından kovboylar haqqında filmdə oynayan oğlanları müzakirə etməyə başlayıblar. Pedro Almodovarın rejissoru olduğu filmdə rol alan yaraşıqlı ispanlar gecəyə " Sent Laurent" obrazlarında gəliblər. Ekran işində Manuel Rios, Ceysin Fernandez, İtan Houk, Antoni Vakkarello, Xose Kondessa, Corc Stin və başqaları rol alıb.
Həmçinin Emi Cekson, Fərəh Əbdüləziz, Sabina Yakuboviç, Araya Xayterq, Qreys Elizabet, Cemma Çan, Sara Sampayo, Romi Streyd, Koko Cons və başqaları gecənin qonaqları arasında olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB