Türkiyəli iş adamı Umut Evirgenin aktrisa Demet Özdemirlə münasibət qurmağa cəhd etdiyi iddia olunur. SİA xarici mətbuata istinadən xəbər verir ki, bir neçə ay əvvəl Ayça Ayşin Turanla ayrılan Umutun gözü indi də 31 yaşlı sənətçidədir. Belə ki, iş adamı “İnstaqram”da Demeti izləməyə başlayıb. Çox keçmədən qarşı tərəfin də Evirgeni izləməsi diqqətdən yayınmayıb.
Qeyd edək ki, Demet Özdemir iki ilə yaxındır münasibətdə olduğu keçmiş həyat yoldaşı Oğuzhan Koçla mayın 8-i rəsmi olaraq boşanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB