Rəqqasə Fatimə Fətəliyeva bahalı və lüks malikanəsi ilə diqqət çəkib. SİA xəbər verir ki, o, sosial şəbəkə hesabında yeni təmir etdirdiyi bağ evinin görüntülərini yayıb.
Fətəliyevanın geniş və işıqlı malikanəsi göz oxşayan dizaynı və interyeri ilə diqqət çəkib. Evində daha çox açıq rənglərdən istifadə edən rəqqasə mənzilin ümumi görünüşünü avanqard mebel və oturacaqlarla tamamlayıb. Fatimə evinin görüntülərinə, "Bağ evim artıq hazırdı, şükür Allaha ki, rəbbim əziyyətlə görülən işin bəhrəsini gözəl verir. Zəhmətimlə hazırladığım bağ evim artıq hazırdır", - sözlərini də əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB