Azərbaycanlı müğənnidən evlənmə təklifi

Müğənni Nura Suri Türkiyə prezidentliyinə namizəd Sinan Oğana evlənmə təklifi edib. SİA xəbər verir ki, müğənni bu barədə İnstagram hesabında paylaşım edib

“Sinan çox yaraşıqlıdır. Evlən mənimlə", - deyə paylaşımda qeyd edilib.

Qeyd edək ki, Sinan Oğan azərbaycan əsilli Türkiyə siyasətçisi, strateji tədqiqatçı və keçmiş MHP-li deputatdır. Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri vəzifəsində çalışır. Türkiyədə keçirilən prezident seçkilərində ATA İttifaqının vahid namizədidir.

Bütün xəbərlər Facebook səhifəmizdə