Avroviziya 2023 müsabiqəsini canlı izləyənlər arasında tanınmış influenser, Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva da olub. SİA xəbər verir ki, Aynişan məşhur stilist Anar Ağakişiyevlə birlikdə məşhur markalarından birinin dəvəti ilə qonaq qismində Liverpula yollanıblar. Müsabiqə başladığından bəri Liverpulda olan məşhurlar bir çox tədbirlərdə iştirak ediblər.
Aynişan Quliyeva bildirib ki, bütün tədbirlərə diqqətlə hazırlaşıb və özəl geyimlər seçib. Onun dünənki final konsertindən instaqramda paylaşdığı kadrları xüsusilə diqqət çəkib. Gecə üçün qara volanlarla bəzədilmiş qısa libas seçən 32 yaşlı Aynişan incə bədən quruluşunu nümayiş etdirib.
O, formada qalmaq üçün həm idmanla məşğul olur, həm də qidalanmasına diqqət etdiyini deyir
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB