Aygün Bəylərə Xalq artisti adı verilməsinin vaxtıdır!!! O, həqiqətən də əvəzolunmaz istedadı ilə buna layiqdir!!! SİA xəbər verir ki, bu sözləri müğənni Nigar Camal sosial mediada yazıb. Əməkdar artist Aygün Bəylərin yaradıcılığına olan hədsiz sevgisini dilə gətirən Nigar bu sözləri ilə aidiyyəti qurumlara mesaj yollayıb. O, fikirlərinə belə davam edib:
"Onun performansı adamın ətini ürpədir, tükləri biz-biz edir! Səni sevirəm Aygün, sən birdənəsən!!!"
Məlumat üçün bildirək ki, sənətçilər 2019-cu ildə "Nəfəsim", daha sonra isə "Şəhidlər" haqqında olan duet ifa ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB