"Adım Farah" serialının son bölümündəki səhnələr gündəm oldu

Bir neçə gün əvvəl həyat yoldaşı Oğuzhan Koçdan boşanan aktrisa Demet Özdemirin "Adım Farah" serialının son bölümündəki səhnələri gündəm olub. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisanın serialdakı tərəf müqabili Engin Akyüreklə öpüş səhnələri sosial mediada 1,5 milyondan çox baxış toplayıb.

Məlumat üçün bildirək ki, Oğuzhan Koçla Demet Özdemir bir neçə gün əvvəl razılıqlı şəkildə ayrılıb. 8 aylıq evliklərinə son qoyan cütlük bir-birindən heç nə tələb etməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə