Məşhur müğənni Kibariyə səhnədə oxuyarkən yıxılıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni ötən gün mədəniyyət evlərinin birində "Romanların buluşması" adlı konsert proqramı ilə çıxış edib. Lakin müğənniyə yaxınlaşmaq istəyən şəxsi, mühafizəçi uzaqlaşdırmağa çalışan zaman zərbə Kibariyəyə dəyib və səhnədən yıxılıb.
"Tvitter" hesabında Kibariyenin sağlamlıq durumu ilə bağlı məlumat verən Səhiyyə Naziri Fahrettin Koca vəziyyətin nəzarətdə saxlanıldığını deyib.
"Sənətçimiz Kibariyə səhnədə yaşadığı xoşagəlməz hadisə nəticəsində yaralandı. Müalicəsi Mersin Şəhər Xəstəxanasında davam edir.
Şüuru özündədir. Bir müddət müşahidə altında saxlanılıb sonra evə buraxılacaq. Özünə şəfalar diləyirəm. Ən xoş arzularımı bildirirəm. Səsiniz və sevincinizlə sizi yenidən aramızda görməyi ümid edirik", - nazir qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB