Müğənninin səhnə obrazı sosial şəbəkələrdə müzakirə yaratdı - FOTOLAR-VİDEO

Kral Çarlzın tacqoyma mərasimi çərçivəsində Keti Perri Britaniya Asiya Trestinin səfiri kimi Vindzor qəsrində çıxış edib. SİA xəbər verir ki, o, çıxışı üçün bu yaxınlarda dünyasını dəyişən dizayner Vivyen Vestvudun "Gold Label" kolleksiyasından qızıl-metal paltarına üstünlük verib. Dərin sinə dekolteli libası müğənniyə səhnədə çətinlik yaratsa da, o, heç nəyə məhəl qoymadan çıxışını davam etdirib. Onun səhnə obrazı sosial şəbəkələrdə müzakirə mövzusu olub.

Bütün xəbərlər Facebook səhifəmizdə