"Üvey anne" serialının aktyor heyəti bəlli olmağa başladı - FOTO

Türkiyəli aktrisa Hazal Filiz Küçükköse ilə Kutsinin baş rolunu paylaşdığı "Üvey anne" serialının aktyor heyəti bəlli olmağa başlayıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Ezgi Şenler rol alacaq.

O, layihədə Kutsinin qızını canlandıracaq.

Qeyd edək ki, ekran işi "Atv" kanalında yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə