Nigar Camal Kim Kardaşyan və bacılarını ələ saldı

Müğənni Nigar Camal erməni əsilli TV ulduzu Kim Kardaşyan və bacılarını ələ salıb.

SİA xəbər verir ki, pop artist “İnstaqram” sosial şəbəkəsindəki hesabında Kim, Kendall və Kayli Cennerin “Met Gala” gecəsindəki görüntülərini paylaşıb. Kadrlarda Kendall parıltılı bodi, hündürdaban bot, Kardaşyan ag üzəri əl işi olan libas, Kayli isə qırmızı yarıqlı donu ilə yer alıb.

Üç tanınmış bacı qırmızı xalçada poza verərkən kənardan onların videosu çəkilib və paylaşılıb.

N. Camal Kardaşyan və Cennerləri məsxərəyə qoyaraq onların çizgi film qəhrəmanları Luntik, Şpuntik və Trulyalyaya bənzədib.

Bütün xəbərlər Facebook səhifəmizdə