Bred Pitt və Ben Afleklə intim münasibətlərindən danışdı - FOTO

Hollivud aktrisası Qvinet Peltrou keçmiş sevgililəri Ben Afflek və Bred Pittlə cinsi münasibətlərindən danışıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, 50 yaşlı aktrisa jurnalistin "Hansı daha yaxşıdır" sualına cavab verməli olub.

"Buna cavab vermək çətindir. Bred ilə aramızda həqiqətən böyük bir bağlılıq və enerji var idi. Bu, "həyatımın sevgisi" adlandırdığınız bir münasibət idi. Lakin Ben texniki cəhətdən mükəmməl idi. Qızım Applin indi bunu dinlədiyinə inana bilmirəm!", - Hollivud ulduzu qeyd edib.

Peltrou həmçinin vurğulayıb ki, aktyorun playboy reputasiyasına görə Leonardo Di Kaprio ilə görüşməkdən imtina edib.

Bütün xəbərlər Facebook səhifəmizdə