“Avroviziya” şərhçimiz açıqlandı

"Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsinin Azərbaycan üzrə şərhçisi aparıcı Azər Süleymanlı olacaq. SİA xəbər verir ki, bu barədə aparıcı "Instagram”da bildirib.

Qeyd edək ki, "Avroviziya 2023” mahnı müsabiqəsi bu il 9-13 may tarixlərində ötən il qalib gəlmiş Ukrayna adından Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək. Azərbaycanı "Avroviziya-2023”də "Tell me more” mahnısı ilə Tural və Turan Bağmanov qardaşları təmsil edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə