"Aşkı-Memnu" serialının film versiyasının çəkilişləri artıq başa çatıb. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, baş rollarda Farah Zeynep Abdullah, Boran Kuzum və Hande Ataizinin oynadığı "Bihter" filminin "Netflix"də yayımlanacağı deyilsə də, qərar dəyişdirilib. İddia olunur ki, film ya kinotetrlarda nümayiş olunacaq, ya da başqa platformada tamaşaçı ilə görüşəcək.
Məlumat üçün bildirək ki, filmdə həmçinin Osman Sonat, Nezaket Erden, Helin Kandemir və başqaları çəkilib. Rejissorluğunu Caner Alper və Mehmet Binayın etdiyi film Halit Ziya Uşaklıgilin "Aşk-ı Memnu" əsəri əsasında çəkilib. Filmin ssenarisi isə Merve Gönteme aiddir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB