Hadisənin yeni görüntüləri yayıldı - FOTOLAR

Xəbər verdiyimiz kimi, müğənni Hadisə tezliklə ekranlara gələcək "O Səs Türkiyə Rep" yarışmasının münsif kürsüsündə əyləşəcək. SİA xəbər verir ki, Hadisədən başqa Murda ləqəbli məşhur reper də sözügedən müsabiqənin münsifləri siyahısına daxildir. Hadisə instaqramda yarışmanın çəkilişlərindən əsl adı Öndər Doğan olan reper ilə birgə fotolarını paylaşıb. Yaxın günlərdə yeni duetlərini təqdim etməyə hazırlaşan cütlüyün səmimi və xoşbəxt fotoları diqqət çəkib. İddialara görə, məşhurlar görüşməyə başlayıb.

O da məlumdur ki, Murda evlidir, onun bu nikahdan bir qızı var. Lakin reper həyat yoldaşı haqqında danışmağı və foto paylaşmağı sevmir.

Bütün xəbərlər Facebook səhifəmizdə