“Yargı” serialının ulduzu Pınar Deniz sevgilisi Kaan Yıldırım ilə bağlı danışıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, münasibətlərinin nə yerdə olduğu barədə ünvanlanan sualları cavablayıb.
Kaana sevgisini bildirən aktrisa deyib ki, birlikdə çox əylənirlər: “Kaan doğrudan, çox gülməli biridir. Bərabər əylənirik, çox deyib-gülürük. İşimizi qapının önündə qoyub, bir-birimizi yetərincə bəsləyirik. Biz iki gənc insanıq. Bir-birimizi çox sevirik və niyə də əl-ələ tutub konsertə getməyək?!”.
Onu da qeyd edək ki, Pınar Deniz və Kaan Yıldırımın bu yay 15 günlük tətil üçün iki milyon TL ödəyəcəkləri məlum olub. Onlar Ege dənizi sahillərində dincəlməyi düşünürlər.
Xatırladaq ki, cütlük ötən ilin sentyabrından bəri sevgilidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB