Məşhur ikilinin bir araya gəlməsi etiraza səbəb oldu

Sosial mediada yayılan iddialara görə, son zamanlarda gündəmdə olan iki məşhur Hande Ərçəl və Mert Ramazan Dəmir birlikdə bir film layihəsində iştirak edəcəklər. SİA xarici mətbuata istinadən xəbər verir ki, hələ adı açıqlanmayan məşhur prodüserin romantik komediya filmi üçün Ərçəl və Dəmiri düşündüyü iddia edilib. Mert Ramazan Dəmirin romantik komediya janrındakı rolu isə onu sevənlərdə böyük təəccüb yaradıb.

Handenin Mert Ramazan Dəmirlə eyni layihədə yer almağa razı olduğu da iddia edilir.

Sosial şəbəkələrdə yayılan xəbərdən sonra Dəmirin fanatları onun Hande Ərçəl ilə eyni layihədə yer almasına qarşı çıxıblar.

Şərhlər arasında ən çox səslənən isə aralarındakı yaş fərqi olub.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə