Məşhur britaniyalı müğənni Ed Şeeran Marvin Gaye-dən "Thinking Out Loud" mahnısını plagiat etdiyinə görə məhkəməyə verilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, 100 milyon dollarlıq müəllif hüququ iddiası ilə üzləşən Şeeran Nyu Yorkdakı məhkəmə prosesində münsiflər heyətinə mini konsert verib. Gayenin "Let's Get It On" mahnısını yazan Ed Tovnsend-in varisləri tərəfindən açılan məhkəmə iddiasında müəllif hüquqlarını pozmaqda ittiham olunan musiqiçi mahnını özünün yazdığını iddia etməyə davam edib. Şeeran dinləmədə gitara çalaraq, nənə və babasının sevgisindən ilhamlandığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB