Bu gün Moskvanın Presnenski məhkəməsində 918 milyon rubl məbləğində vergi ödəməməkdə və külli miqdarda pulların yuyulmasında ittiham olunan bloger Yelena Blinovskayanın işinə baxılıb. SİA rus mətbuatına istinadən xəbər verir ki, hakim blogeri iyunun 26-dək ev dustaqlığına göndərilib. Yelena isə borcu və cərimələri ödəyəcəyinə söz verib.
Qeyd edək ki, bloger 2019-2021-ci illər ərzində gəlirini aşağı göstərərək vergidən yayınmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB