Məşhur aparıcı Hadisəni təhqir etdi

Türkiyənin Beyaz tv kanalında yayımlanan "Söylemezsem olmaz" proqramının aparıcısı Bircan Bali Hadisənin Azərbaycan konserti ilə bağlı səhv məlumat verib. SİA xəbər verir ki, verilişin aparıcısı Bircan Bali mayın 7-də Hadisənin Bakıda 150 nəfərlik kababxanaların birində səhnə alacağını deyib. Onun sosial şəbəkədə yayılan bu sözləri kəskin tənqid edilib.

Qeyd edək ki, Hadisə həmin tarixdə Azərbaycanda Bakı Konqres Mərkəzində konsert verəcək.

Xatırladaq ki, Hadisə proqramı dəfələrlə haqqında saxta məlumatlar yayımladığı üçün məhkəməyə versə də, aparıcılar onu hər fürsətdə aşağılamağa davam edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə