Hadisənin fotoları gündəm oldu - FOTOLAR

Türkiyəli məşhur müğənni Hadisə payaşımı ilə gündəmə gəlib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, sənətçi yeni təqdim etdiyi "Feryat" klipinin kameraarxası görüntülərini yayımlayıb.

Hadisənin fotoları qısa zamanda sosial mediada müzakirələrə səbəb olub. İfaçının paylaşımı 350 mindən çox bəyənmə, 3 minə yaxın şərh toplayıb.

Qeyd edək ki, sözügedən mahnı yutubda 3,2 milyon dəfə izlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə