Əməkdar artist gözündən əməliyyat olunub

Əməkdar artist Suğra Bağırzadə gözündən əməliyyat olunub. SİA xəbər verir ki, bununla bağlı məşhur göz həkimi Cahid Şahbazov məlumat yayıb. O bildirib ki, aktrisa problem həll olunmasa, yeni layihə təklifini rədd edəcəkmiş:

“Dəyərli Suğra xanım Bağırzadə mənə çox dəyərli və əsla unutmayacağım kəlimələri bəxş etdi! Yeni aldığı xarici bir layihədə iştirakına, yalnız uğurlu əməliyyat keçirəcəyi halda razılıq verəcəyini bildirdi. Bu foto əməliyyatdan sonra ikinci ayımızda çəkilib və bir nəçə gün sonra Suğra xanim çəkilişlərə start verəcəyini bildirdi! Mənə və kollektivimə təşəkkürünü bildirdi! Uzun zamandır bu tip şəkillər paylaşmıram, lakin Suğra xanımla şəkil arxivimin ən dəyərli və məna dolu şəkli olacaq! Dünyada çox az mərkəzdə icra olunan ən müasir, teleskopik linza əməliyyata görə bizi seçdiyi üçün çox qürurlandırdığımı etiraf edirəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə