Türkiyəli müğənni Gülşən aylar sonra Ramazan bayramı münasibətilə İstanbulda konsert proqramında çıxış edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, sosial mediada sözügedən səhnədən görüntülər paylaşılıb.
Müğənni sadə qara donu ilə sevənlərinin qarşısına çıxıb. Onun bu geyimi izləyənlər tərəfindən çox bəyənilib.
Qeyd edək ki, konsertlərindən birində müğənni musiqiçisini nəzərdə tutaraq “İmam Hatipdə oxuyub, azğınlığı oradan gəlir”, - deyə, zarafat edib. Gülşenin bu sözləri həmin liseyi oxuyanları və məzunlarını, həmçinin, dindarları qəzəbləndirib. Tvitterdə #gulsentutuklansın həşteqi ilə yüzlərlə paylaşım edilib. Səhəri gün isə müğənni həbs olunmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB