Hollivud ulduzunun qızı inanılmaz dərəcədə arıqlayıb - FOTOLAR
Tanınmış Hollivud ulduzu Con Travoltanın 23 yaşlı qızı Ella Blyu inanılmaz dərəcədə arıqlayıb. SİA xarici mediaya istinadən xəbər verir ki, atasının izi ilə getməyə qərar verən qızcığaz əvvəllər artıq çəkidən əziyyət çəkib. Lakin bundan uzun illər keçib və vəziyyət kəskin şəkildə dəyişib. Əvvəllər o, gözə dəyməyən və dolğun bir yeniyetmə idi, indi isə Ella Hollivudu fəth etməyə qədər qadir olan gözəl bir qıza çevrilib.
Con Travoltanın qızının sosial mediada paylaşdığı fotoları KİV-lərin diqqətini çəkib. Məlum olub ki, aktyorun qızı özünü təkcə kinoda deyil, həm də model və müğənni kimi sınayır. O, moda nümayişlərində iştirak edir, həm də mahnılar yazdırır. Bundan başqa, Ella atası ilə albom çıxartmaq arzusundadır.
Ella ilk rolunu 2009-cu ildə oynayıb, o, atası ilə birlikdə "Qoca itlər" filmində rol alıb. Ellanın sözlərinə görə, atasının yanında özünü daha inamlı hiss edir və rejissorla ünsiyyət qurmaqdan qorxmur.
Hazırda Ella daha bir film üzərində işləyir. O, rusiyalı model Saşa Lussla birlikdə “Alisa möcüzələr ölkəsində” filminin qeyri-adi versiyasında rol alıb. Hadisələr sehrli aləmdə deyil, Avropada baş verəcək. Filmin nümayiş tarixi hələ məlum deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB