Elza Seyidcahan növbəti dəfə nənə olub - FOTOLAR

Əməkdar artist Elza Seyidcahan növbəti dəfə nənə olub. SİA xəbər verir ki, bu barədə müğənni instaqramda məlumat yayıb. O, bildirib ki, oğlu Ələkbərin oğlu dünyaya gəlib.

“Oğlumun oğlu, Davud balam xoş gəldin həyatımıza, ömrumüzə, soyumuza, kökümuzə. Qədəmlərin mübarək olsun. Bu müqəddəs Ramazan bayramında bizə sevinc, ruzi-bərəkət, əminamanlıq gətirdin. Sənə heyran olsun nənələrin!”, - E.Seyidcahan nəvəsinin fotolarına qeyd edib.

Qeyd edək ki, sənətçinin qızı Gülşənin Səmərrux adlı qızı, oğlunun isə Akif adlı bir oğlu da var.

Bütün xəbərlər Facebook səhifəmizdə