27 yaşlı sosial media fenomeninin dodaq dolğusu proseduru uğursuz oldu - FOTOLAR
27 yaşlı sosial media fenomeni Cessika Burkonun pulsuz etdirdiyi dodaq dolğusu proseduru uğursuzluqla nəticələnib. SİA xarici mediaya istinadən xəbər verir ki, Cessika 6 dəfə dodaq dolğusu etdirdiyini və heç bir problemlə üzləşmədiyini bildirib. Bir klinika ilə əməkdaşlığa razı olan fenomenin sözlərinə görə, son prosedurda həkim dodaqlarını gözlədiyindən daha həcmli edib. Əvvəlcə qız zənn edib ki, şişkinlik müvəqqətidir və keçib gedəcək, lakin bir neçə saatdan sonra qızın dodaqları daha çox şişməyə başlayıb.
Ertəsi gün qız dolğunu əritmək üçün klinikaya getsə də, həkim bildirib ki, bu, dolğunun damarla üst-üstə düşməsi ilə əlaqədardır və olduqca nadir rast gəlinən haldır. Dəfələrlə dodaq dolğusu etdirən Cessika isə həkimi qeyri-peşəkarlıqda ittiham edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB