55 yaşlı Xalq artisti Filipp Kirkorov son halı ilə hər kəsi təəccübləndirməyə davam edir. SİA xəbər verir ki, sənətçi bu yaxınlarda plastik cərrahın bıçağı altına girib və bir sıra əməliyyatlar keçirib. Müğənni bildirib ki, liposaksiya sayəsində artıq piylərdən xilas olub, qarnına kub şəkildə əzələlər düzəltdirib, eyni zamanda üzünü gərdirib və sinəsinə korreksiya olunub. Məlum olub ki, sənətçi həm də omba əməliyyatı keçirib. Belə ki, ötən gün Sankt-Peterburqda konsert verən ulduzun videoları sosial mediada yayılıb.
Səhnəyə qara da kombinezonda çıxan sənətçi bütün diqqətləri öz üzərinə çəkə bilib. Geyim olduqca cəsarətlidir, dar paltar artistin bədəninin əməliyyat olunmuş hissələrini ifşa edib. Yeri gəlmişkən, ilk dəfə deyil ki, Filipin ekstravaqant geyimlərinə görə tənqid atəşinə tutulub.
İzləyicilərdən biri yazıb ki, əgər Filipp bu dar lasinlərdə ön cəbhədə görünsə, bir neçə günlük atəşkəsə zəmanət verilə bilər. Kirkorov isə bu sözlər qarşısında səssiz qalmayıb və xüsusi hərbi əməliyyatların keçirildiyi bölgəyə getməyə hazır olduğunu söyləyib. Hətta şəffaf lasinlərdə.
Bütün xəbərlər Facebook səhifəmizdə