Məşhur aktrisaya evlilik təklifi gəldi - FOTO

Rus əsilli türkiyəli aktrisa Alina Boz tanınmış musiqiçi Sezen Aksunun oğlu Mihat Can Özerin evlilik təklifinə "hə" deyib. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, dörd ildir birlikdə olan cütlük münasibətlərini rəsmiləşdirməyə qərar verib. Lakin 24 yaşlı aktrisa Sezen Aksunun 40 yaşlı oğlu ilə ailə qurmaq üçüb daha dörd il gözləməli olacaq. Buna səbəb odur ki, Mihat Can Özer Portuqaliya vətəndaşlığını qəbul etmək istəyir. O, Portuqaliya vətəndaşlığını dörd il sonra alacaq. Bu səbəbdən toyun 2027-ci ilin iyununda baş tutacağı planlaşdırılır.

Alina Boz yayılan xəbərlərə hələlik heç bir münasibət bildirməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə