2014-cü ildən evli olan türk aktrisa Beren Saat və müğənni Kənan Doğulu uşaq mövzusunda verilən suallardan təngə gəldiyini bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, jurnalistlərin Kənanla qısa müddət əvvəl övlad barədə sorğu-sualı sosial şəbəkənin yenidən gündəmini zəbt edib.
Yayılan videoda jurnalistin Doğuluya təkrar “Uşaq istəyirsinizmi” sualı izləyənləri əsəbləşdirib.
Onlar sözügedən videonu müzakirə edərək belə sualların soruşulmağının düzgün olmadığını vurğulayıblar. İzləyicilər “Belə sualların verilməsi düzgün deyil”, “bəlkə istəyirlər, amma problemləri var” kimi şərhlər yazıblar.
Müəllif: Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB