Orxan Zeynallı ilə L-Mirdən Amerika dueti

14 mayda konsert verməyə hazırlaşan reper Orxan Zeynallı keçmiş “Dəyirman” qrupunun üzvü, hazırda Nyu-Yorkda yaşayan reper L-Mirlə duet oxuyub. SİA xəbər verir ki, “Öz aramızdır” adlı mahnı dijital platformalarda və Orxanın rəsmi yutub kanalında paylaşılıb. Uzun müddət öncə Azərbaycandan köçüb ABŞ-də yaşayan sənətçilər trekin sözlərini birgə yazıblar. Musiqi isə Clavisə məxsusdur.

Qeyd edək ki, reper ötənilki anşlaq konsertlərindən sonra yenidən Elektra Events Hallda səhnəyə çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə