Aktrisa izləyicisinə verdiyi sərt reaksiya ilə gündəm oldu

Həyat yoldaşı Volkan Dəmirəl ilə birlikdə fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələ qurbanı olan aktrisa Zeynep Dəmirəl paylaşımları ilə adından söz etdirməyə davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, oxuduğu kitabı paylaşan Dəmirəl ona reaksiya verən izləyicisinə sərt davranıb. “Ruhun Yaralı Şəfaçısı” kitabını oxuyan Volkan Dəmirəlin həyat yoldaşı həmin anları "İnstaqram" hesabında yayımlayıb. Bir istifadəçi də Dəmirəlin paylaşımına "Get Quran oxu. Bu nə axmaqlıqdır" deyib.

Aktrisa, "Vallah mən onu üç dəfə oxumuşam, təkcə Quranı yox, bütün səmavi dini kitablarını. Adımın Zeynep olduğu qədər əminəm ki, bu və bunun kimi izləyicilər iki-üç əzbər ərəb duasından başqa İslama aid heç nə bilmirlər. Bu mənim tənqid etdiyim bir şey deyil. Amma məsələ təhqir etməyə gəldikdə isə orada dayanın! Bax əsl axmaqlıq budur... Təəssüf ki, sizin kimilər həddindən artıq çoxdur" deyə izləyicisinə cavab verib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə