Xalq artisti Nazpəri Dostəliyeva yeni layihələrə başlayır. SİA xəbər verir ki, məşhur müğənni bu barədə “İnstaqram”da məlumat verib.
O, klip çəkilişindən foto paylaşaraq bunları yazıb: “Uzun ayrılıqdan sonra sizi ürəkdən salamlayıram. Əzizlərim, mən inanıram ki, bu gündən mənim səhnə fəaliyyətimin davamına sevinəcəksiniz. Nə edəcəyəmsə, sizlər üçün edəcəm. İlk işimi sizə təqdim edirəm”.
Qeyd edək ki, son iki ildə Xalq artistinin əvvəl oğlu, daha sonra isə bacısı dünyasını dəyişib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB